EN

Neymar "Santos"da debüt etdi

Neymar köhnə yeni komandası "Santos"da debüt edib.

Publika.az xəbər verir ki, bu, Paulista Liqasının "Botafoqo San-Paulu" ilə oyununda baş tutub. Braziliyalı vinger 1:1 hesabı ilə bitən matçın ikinci hissəsinin əvvəlində əvəzetmədən meydana çıxıb.

Onun debütü azarkeşlər tərəfindən coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir və 2009-2013-cü illərdə bu komandada oynayıb. Onun Braziliya klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Chosen
44
publika.az

1Sources