İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.
Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.
Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.
İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.
Faktla başğlı araşdırma aparılır.
![](https://qafqazinfo.az/uploads/1738822358/Screenshot_5.png)