2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü illə müqayisədə ixrac 8,1% artıb:
"Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.
Əsasən sənaye zonalarında istehsal edilən polimer, karbamid, sürtgü yağlarının, şüşə lövhələrin, polad boruların, kabel, sulfat turşusunun, tütün məmulatlarının, keramik plitələrin, ipliklərin, divar kağızlarının, müxtəlif təyinatlı ayaqqabıların və s məhsulların ixracı həyata keçirilib".
"2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, ixracında isə 26% təşkil edib", - o əlavə edib.