Kanadanın Baş naziri Castin Trüdo fevralın 7-də Torontoda Kanada-ABŞ iqtisadi sammitinin keçiriləcəyini açıqlayıb.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilib ki, tədbir iqtisadiyyatı stimullaşdırmaq, yeni iş yerləri yaratmaq, əmək haqqını artırmaq, Kanada daxilində ticarəti asanlaşdırmaq və ixrac bazarlarını şaxələndirmək üçün hər iki ölkənin biznes liderlərini, qeyri-hökumət təşkilatlarını və həmkarlar ittifaqlarını bir araya gətirəcək. Trüdo sammitin Kanadanın uzunmüddətli rifah strategiyasının qurulmasına kömək edəcəyini söyləyib, xüsusən də Kanada mallarına 25 faizlik tarifləri 30 gün müddətinə təxirə salmaq üçün ABŞ ilə əldə olunan razılaşmanı nəzərə alsaq… ABŞ prezidenti Donald Tramp 2025-ci ilin fevral ayının əvvəlində Kanada, Meksika və Çindən idxal edilən mallara yeni tariflər tətbiq edib. Ağ Evdən verilən açıqlamaya görə, fevralın 1-dən etibarən Kanada və Meksikaya yüzdə 25, Çinə isə yüzdə 10 gömrük vergisi tətbiq ediləcək. Tramp Avropa İttifaqına rüsumların tətbiq edilməsini istisna etməyib.
Xatırladaq ki, Tramp həmçinin dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, Panama kanalını yenidən ABŞ nəzarətinə qaytarmağı planlaşdırdığını da bildirib. Respublikaçılar Partiyası üzvünün açıqlamaları Panama, Kanada və Danimarka hakimiyyətləri tərəfindən sərt reaksiyalarla qarşılanıb.
//Gülnarə Abasova, Editor.az