EN

“Qərb Rusiyanın qalib gəlməsinə imkan verməməlidir” - Angela Merkel

“Qərb ölkələri Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinə imkan verməməlidir”.

Missiya.Az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

O bildirib ki, Almaniya kansleri Olaf Şoltsun Kiyevə uzaqmənzilli “Taurus” raketləri verməmək qərarı düzgündür:

"Düşünürəm ki, bunun mütləq səbəbləri var", - deyə siyasətçi vurğulayıb.

Merkel qeyd edib ki, NATO ölkələri vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Kiyevə hərbi yardım göstərməlidir. 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
17
missiya.az

1Sources