Türkiyə Ukrayna böhranınln ədalətli həllinin tərəfdarıdır.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşdən sonra deyib.
Sitat: "Ukraynadakı müharibə sülhlə başa çatmalıdır. Biz Ukraynada ədalətli və davamlı nizamlamanın tərəfdarıyıq".