EN

Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bakı, 6 fevral, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları çərçivəsində daha 2 görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Saat 16:00-da başlayacaq matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Digər oyunda isə “Qarabağ” səfərdə “Səbail”lə qarşılaşacaq. Saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.

Bu iki matçla 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.

Chosen
8
1
azertag.az

1Sources