EN

Məşhur iş adamı helikopter qəzasında həlak oldu — FOTOLAR

İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.

Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.

Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.

İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
8
demokrat.az

9Sources