EN

Avropa müdafiə üçün borc götürür: Yeni kreditlər Aİ-ni çökdürə bilər

Avropa ölkələri müdafiə büdcələrini artırmaq üçün yeni kreditlər götürməli olacaqlar ki, bu da gələcəkdə onların iqtisadiyyatlarına ciddi təsir göstərə bilər.

Publika.az xəbər verir ki, Avropa Siyasəti Mərkəzinin baş əməkdaşı Pol Teylor "Guardian" üçün apardığı araşdırmada belə yazır.

Analitik qeyd edir ki, dəyişən qlobal vəziyyətlə əlaqədar Avropa ölkələri əlavə maliyyə mənbələri axtarır. Almaniya daxili kreditlərdən istifadə edərək 2022-ci ildə ayrıca fond yaradaraq ciddi addım atıb. Lakin bu yanaşma ölkəni 2027-ci ildən 30-40 milyard avroluq büdcə kəsiri ilə təhdid edir. Eyni zamanda, Teylor vurğulayır ki, belə bir inkişaf yalnız milli müdafiəyə ayrılan xərclərin ÜDM-in 2%-i səviyyəsində qalması şərtilə mümkündür.

Ekspert gözləyir ki, NATO-nun qarşıdan gələn sammitində Avropa ölkələri bu rəqəmin artırılması ilə bağlı razılığa gələ bilərlər. Bu, maliyyə vəziyyətini daha da pisləşdirəcək. Mümkün həll yolu kimi, analitik 500 milyard avroluq Ümumavropa fondunun yaradılmasını təklif edir ki, bu da NATO qüvvələrinin Avropadakı modernləşdirilməsinə sərf olunacaq. Bununla belə, Teylor ölkələrin bu təşəbbüs ətrafında birləşməsinin real imkanlarına şübhə ilə yanaşır.

Chosen
3
publika.az

1Sources