EN

Tramp transgenderlərin qadınlarla yarışmasını qadağan edib

Fevralın 5-də ABŞ prezidenti Donald Tramp transseksual idmançıların qadınlarla eyni idman növlərində yarışmasını qadağan edən fərman imzalayıb. Sənəd Ağ Evin saytında dərc olunub.

“Bundan sonra qadın idmanı yalnız qadınlar üçün olacaq. Qadınların idmanı uğrunda mübarizə bitdi”, Tramp Ağ Evin Şərq Otağında tərəfdarlarına deyib.

ABŞ prezidentinin fərmanı transgenderlərin qız və qadın idman komandalarında oynamasını qadağan edir. Buna icazə verən məktəblər federal maliyyədən məhrum ediləcək.

Fərman ilk növbədə məktəb, universitet və özfəaliyyət yarışlarına şamil edilir. Eyni zamanda Tramp administrasiyası ümid edir ki, ABŞ Olimpiya Komitəsi və Milli Atletika Assosiasiyası transseksualların qadınlarla rəqabət aparmasına icazə verməyəcək.

Tramp həmçinin bildirib ki, ABŞ transseksual idmançılara viza verməkdən imtina edəcək.

Donald Tramp prezident vəzifəsinə başlayandan transgenderlərə qarşı geniş kampaniyaya başlayıb. Vəzifəsinin ilk günündə o, ABŞ hakimiyyətinin yalnız iki cinsi - “kişi və qadın”ı tanıyacağı bəyan edib. Tramp vəzifəsinin ikinci həftəsində tələbələrin “sosial reabilitasiyasına” kömək edən müəllimləri cəzalandıran fərman imzalayıb.

Chosen
16
buta.media

1Sources