EN

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə MƏLUMATI

Bakı. Trend:

Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlamaçayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çaylarınAzərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar iləəlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeydolunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirəmalik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkaredilib.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Dövlət GömrükKomitəsinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, sibutramin maddəsi 18 mart 2016-cı il tarixliAzərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsiredən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir vəbu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindəngömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və yagömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə,yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi CinayətMəcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.

Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsininqarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yolverilməməsinin vacibliyi diqqətə çatdırılır.

Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarlagətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlərvə digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyətdaşıyırlar.

Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə NazirliyiFarmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasənpiylənmə əleyhinə vasitə kimi istifadə olunan “sibutramin” tərkibliməhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığagöstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdançıxarılması barədə qərar qəbul olunub və tərkibində “sibutramin”olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib.Sözügedən qərarlarda haqqında danışılan maddənin Avropa SəhiyyəTəşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalqsəviyyədə onların istifadəsinin qadağan olunması təsbit olunub. Onagörə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyəedilir.

Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavətəsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavətəsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq,başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya,narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren,miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərininkəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma,koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar.Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdədayandırılıb. Belə ki, Azərbaycandan başqa, “sibutramin” tərkibliməhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqıölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya,Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub.

Sonda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgünqidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunanüsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən beləməhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur.

Məqalədə:
Chosen
31
45
az.trend.az

10Sources