"Qarabağ"a yeni transfer olunan brazilyalı oyunçu Kadi Borgesin imzalı formaları artıq satışa çıxarılıb. SİA xəbər verir ki, bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.
Məhdud sayda olan formaları azarkeşlər əldə etmək üçün Park Bulvarın ikinci mərtəbəsində fəaliyyət göstərən fan-şopdan əldə edə bilərlər.
Qeyd edək ki, 28 yaşlı futbolçu ilə klub 4 illik müqavilə imzalayıb.