EN

ABŞ AN/TPS-78 radarının Misirə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 304 milyon dollar dəyərindəki AN/TPS-78 uzun mənzilli radarının Misirə satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə AN/TPS-78 radarının və digər lazımi avadanlıqların satın alınması ilə yanaşı, onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi də daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Northrop Grumman” korporasiyası olacaq.

Qeyd olunub ki, bu satış Misirin müxtəlif hava təhdidlərini aşkar etmək qabiliyyətini təkmilləşdirməklə mövcud və gələcək təhdidlərə cavab vermək imkanlarını artıracaq.

Chosen
21
poliqon.az

1Sources