Türkiyəli məşhur aktyor Halit Ergençin yeni serialı “Kral Kaybederse”nin yayım tarixi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, sözügedən ekran işinin ilk bölümü 11 fevral çərşənbə günü yayımlanacaq.
“Star” telekanalında yayımlanacaq layihənin qadın baş rolları isə məşhur aktrisalar Merve Dizdar və Aslıhan Gürbüzdür. Beləliklə, “Kral Kaybederse” çərşənbə günləri “Bahar”, “Bir Gece Masalı” və “Mehmed: Fetihler Sultanı” kimi iddialı seriallarla reytinq siyahısında birinci olmaq uğrunda mübarizə aparacaq.