ABŞ hökumətinin mediaya xərcləri, o cümlədən “Assoşeyted Press” agentliyinə abunəliyi vergi ödəyicilərinin pullarının israfıdır və bu, azaldılacaq.
Axar.az xəbər verir ki, bunu məşhur milyarder, ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask X şəbəkəsində deyib.
Hökumətin “Assoşeyted Press” xəbər agentliyinə milyonlarla dollar pul xərcləməsi xəbərlərini şərh edən Mask qəzəbli post yazıb:
“Müvəqqətidir. Bu, açıq-aşkar vergi ödəyicilərinin pullarının israfıdır!”