AMEA-nın prezidenti İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəyli onun barəsində açıqladığım faktla bağlı"Yeni Sabah"a deyib:"Səhət Həbibbəylinin Naxçıvan Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə muxtar respublikanın gömrük xidmətindən bir dəfə də olsa, heç vaxt istifadə etməmişəm".TEREF yazır ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Feysbuk səhifəsində yazıb. Daha sonra jurnalist yazır:Elə mən də onu deyirəm də. Səhət Həbibbəylinin rəhbərliyi dövründə əmisi Yaqub Həbibbəyli Türkiyədən Azərbaycana idxal etdiyi mallara görə gömrük xidmətindən istifadə etməyib. Yəni mallarını yan keçirib.Bir daha israr edirəm, Yaqub Həbibbəyli 2021/11/14 tarixində “Türkaylar” tekstil sanayi ve ticaret anonim şirkətindən aldığı 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklərin gömrük qeydiyyatından keçdiyini sənədlə təsdiq edə bilərmi?Cavanşir HəsənliTEREF