EN

BMU tələbələri təqaüd proqramının qalibi olublar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Allahverdi Heydərov və Oruc Səfərzadə Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramının qalibi olublar. 

"Unikal" xəbər verir ki, tələbələrə sosial dəstək xarakteri daşıyan proqrama ali təhsil müəssisələrinin I kurs bakalavriat tələbələrindən ümumilikdə 306 nəfər müraciət edib.

Seçim zamanı universitetə qəbul balı 600-dən yuxarı olmaq şərti, həmçinin akademik göstəricilər və motivasiya məktubu əsasında 69 namizəd müsahibə mərhələsinə keçib. Bu mərhələdə isə namizədlərə hədəfləri, tələbə fəaliyyətləri, sosial vəziyyətləri ilə bağlı suallar verilib və yekunda 23 nəfər proqramın qalibi adına layiq görülüb. 

Qaliblər sırasında yer alan Allahverdi Heydərov BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasına 604.4, Oruc Səfərzadə isə eyni fakültənin “İnformasiya təhlükəsizliyi” ixtisasına 620 balla qəbul olub.

Proqramın hər bir qalibi ayda 200 manat təqaüd alacaq. 
 

Chosen
13
2
unikal.az

4Sources