EN

Qəzzada bədbəxt hadisə nəticəsində iki İsrail əsgəri HƏLAK OLDU

Qəzza zolağının şimalında iki İsrail əsgəri həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Qəzza zolağının şimalında iki İsrail əsgəri həlak olub. Onlardan birinin adı hələ dərc olunmayıb. Daha bir əsgərin də ağır yaralandığı bildirilir.

İsrail mətbuatının məlumatına görə, onlar toqquşmalar zamanı deyil, Zolaqdakı bufer zonada baş verən qəza (kranın uçması) nəticəsində həlak olublar.

İsrail və HƏMAS arasında 2023-cü il oktyabrın 7-də başlayan müharibədən bəri 845 İsrail əsgəri həlak olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
9
interpress.az

1Sources