EN

Güləşçilərimiz Xorvatiyada 5 medal qazandıb

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri olan “Zaqreb Open”ə uğurlu başlayıb, ilk yarış günündə 5 medal qazanıb.

Vətəninfo.az sərbəst güləş üzrə Azərbaycan yığması günü bir qızıl, iki gümüş və iki bürünc medalla başa vurub.

Kənan Qeybyatov (70 kq) qızıl medal qazanaraq turnirin qalibi olub.

İslam Bazarqanov (57 kq) və Arseni Djioyev (86 kq) gümüş, Nurəddin Novruzov (61 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal qazanıblar.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubəkr Abakarov və Osman Nurməhəmmədov (hər ikisi 92 kq) mübarizəyə çıxacaq.

Fevralın 5-dən 9-dək davam edəcək Zaqreb Açıq turnirində Azərbaycan milli komandasının hər üç güləş növü üzrə 26 nümayəndəsi iştirak edəcək.

Chosen
5
veteninfo.az

1Sources