Prezident Donald Trampın Qəzza zolağında ABŞ-ın uzunmüddətli sahibliyi ehtimalı ilə bağlı açıqlamaları Ağ Evin yüksək vəzifəli rəsmilərini heyrətə gətirib.
Â
Bu barədə “The New York Times“ qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Â
Məlumata görə, Prezidentin çıxışı kənardan rəsmi və düşüncəli görünsə də, ondan əvvəl Dövlət Departamenti və Pentaqonun nümayəndələri ilə belə hallarda tələb olunan məsləhətləşmələr aparılmayıb.
Â
Nəşr qeyd edir ki, Müdafiə Nazirliyinin bu təşəbbüsün dəyərini hesablamaq və onu həyata keçirmək üçün nə qədər hərbçinin lazım olduğunu və hansı plana əməl edəcəklərini düşünmək imkanı belə olmayıb.
Â
ABŞ rəsmilərindən bəziləri “The New York Times“a bildiriblər ki, onlar hələ də ideyanın necə yarandığını anlamağa çalışırlar və bunu hətta Tramp üçün də həddən artıq hesab edirlər.(APA)