EN

"Araz-Naxçıvan" legioner futbolçu transferini açıqladı - FOTO

"Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay +1 illik müqavilə imzalanıb.

27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub.

O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib.

Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.

Chosen
18
49
sportinfo.az

10Sources