EN

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları bilindi

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

90deqiqe.Az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı növbəti mərhələyə vəsiqə qazanıb.

1/8 final, cavab oyunları

Kişilər

Fərid Abbasov – Şəhriyar Məmmədyarov 0:1 (ümumi hesab 0:2)

Teymur Rəcəbov – Namiq Quliyev 0,5:0,5 (1,5:0,5)

Vüqar Rəsulov – Rauf Məmmədov 0:1 (0,5:1,5)

Aydın Süleymanlı – Riad Səmədov 0,5:0,5 (1,5:0,5)

Məhəmməd Muradlı – Nicat Məmmədov 0:1 (1:1)

Vasif Durarbəyli – Əhməd Əhmədzadə 0,5:0,5 (1:1)

Vüqar Əsədli – Eltac Səfərli 0,5:0,5 (1:1)

Misrətdin İsgəndərov – Nicat Abasov 0,5:0,5 (1:1)

Qadınlar

Lalə Hüseynova – Günay Məmmədzadə 1:0 (ümumi hesab 1:1)

Gövhər Beydullayeva – Səbinə Rzalı 1:0 (2:0)

Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva 0:1 (0:2)

Xanım Balacayeva – Ləman Hacıyeva 1:0 (2:0)

Mələk İsmayıl – Gülnar Məmmədova 0:1 (0:2)

Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova 0,5:0,5 (0,5:1,5)

Nərmin Kazımova – Türkan Məmmədyarova 0:1 (1:1)

Nərmin Abdinova – Səbinə İbrahimova 0:1 (0,5:1,5)

Bu gün Azərbaycan çempionatında tay-brek görüşləri baş tutacaq. Kişilərin yarışında Misrətdin İskəndərov - Nicat Abasov, Vasif Durarbəyli - Əhməd Əhmədzadə, Vüqar Əsədli - Eltac Səfərli və Məhəmməd Muradlı - Nicat Məmmədov arasında həlledici partiyalar oynanılacaq.

Qadınların çempionatında isə Lalə Hüseynova - Günay Məmmədzadə və Nərmin Kazımova - Türkan Məmmədyarova cütlüklərində mübarizəni davam etdirənlər bəlli olacaq.

Qeyd edək ki, 1/8 finalın ikinci oyun günündə rəmzi ilk gedişi əməkdar artist, “Bakılı Oğlanlar” ŞHK-nın üzvü, naşir Bəhram Bağırzadə edib.

Chosen
27
14
90deqiqe.az

10Sources