EN

Tramp EPA-nın 100 əməkdaşını işdən çıxaracaq

Tramp administrasiyası Ətraf Mühitin Mühafizəsi Agentliyinin 100-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə. inzibati məzuniyyət Trampın müxtəliflik, bərabərlik və inklüziv proqramlara, eləcə də digər “israf” proqramlarına son qoymağa yönəlmiş siyasətinin nəticəsi olacaq.

İnzibati məzuniyyətə göndərilən işçilərin əməkhaqqı və müavinətlərini almağa davam edəcəyi dəqiqləşdirilir.

Qəzet qeyd edib ki, federal agentliklərin işçilərini təqvim ilində cəmi 10 gün inzibati məzuniyyətə göndərməyə icazə verilir.

Aylin
XəzərNews.az





Xəbər 3 dəfə oxunub.
Chosen
1
1
xezernews.az

2Sources