EN

Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankına (AMB) daha 3 baş direktor vəzifəsinə təyinat olub.

 

Senzor.az bildirir ki, bu barədə AMB-dən məlumat verilib.

 

Məlumata görə, yeni baş direktorlar Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulovdur. Bununla da, AMB-nin baş direktorlarının sayı 9-a çatıb.

 

A.Mansurov indiyə qədər qurumun Maliyyə idarəetməsi departamentinin, E.Seydiyev Maliyyə bazarlarında əməliyyatlar departamentinin, T.Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru olub.

Chosen
37
13
senzor.az

10Sources