EN

Qobustanda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutuldu - FOTO

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Korrespondent.az-a bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıblar.

Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
17
14
korrespondent.az

10Sources