"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu bu gün keçirəcək."Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Səbail"in qonağı olacaq.Qarşılaşma saat 18:30-da start götürəcək.Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Matç saat 16:00-da başlayacaq.Bu cütlərdə cavab oyunları müvafiq olaraq fevralın 27-si və 28-də təşkil olunacaq.Azərbaycan Kuboku1/4 final mərhələsi, ilk oyunlar6 fevral16:00. "Araz-Naxçıvan” – "Zirə”Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev.VAR: Nicat İsmayıllı.AVAR: Rəhman İmami.Hakim-inspektor: Gülağa Cabarov.AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov."Liv Bona Dea Arena”18:30. "Səbail” – "Qarabağ”Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.VAR: Rauf Allahverdiyev.AVAR: Kamran Bayramov.Hakim-inspektor: Rəhim Həsənov.AFFA nümayəndəsi: İlham Əliyev."ASCO Arena”Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb