EN

Sankt-Peterburqda təyyarə tipli dron əleyhinə lokator hazırlanıb

Sankt-Peterburqun “Avanqard” dizayn və montaj mərkəzi 20 km-ə qədər məsafədə təyyarə tipli PUA-ları aşkar etməyə qadir olan xüsusi lokator təqdim edib.

Herbiand.az bildirir ki, bu barədə Delovoy Peterburq məlumat yayıb.

İstehsalçı Moskvada keçirilən NAIS-2025 mülki aviasiya infrastrukturu sərgisində öz məhsulunu nümayiş etdirib. Qurğu uçan dronları söndürən elektron əks vasitələrlə təchiz edilib. Həmçinin, təxminən 6 km məsafədə kvadrokopterləri də aşkar edə bilir. 

Lokator kritik infrastruktur obyektlərini qorumaq üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
7
herbiand.az

1Sources