“Bank of Baku”nun ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 55 milyon 172 min manat təşkil edib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 7,2% və ya 4 milyon 341 min manat azdır.
“Bank of Baku”nun 2023-cü ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi 59 milyon 513 min manat təşkil edib.
2024-cü ildə “Bank of Baku”nun aktivlərinin dəyəri 934 milyon 273 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 7,2 % və 63 milyon 384 min manat çoxdur.
2023-cü ildə bankın aktivlərinin dəyəri 870 milyon 889 min manat təşkil edib.