EN

Təqaüd Proqramı başlayıb

Koreya Respublikasının Azərbaycandakı səfirliyi Qlobal Koreya Təqaüd Proqramına (Global Korea Scholarship – GKS) 2025-ci il üzrə müraciət prosesinin başlandığını elan edir. Bu barədə SİA-ya diplomatik missiyadan məlumat verilib.

Proqram magistratura, doktorantura və tədqiqat sahələrini əhatə edərək müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı təqdim edir.

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları 5 mart 2025-ci il tarixinədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, namizədlər universitetlərə birbaşa müraciət etməklə də proqramda iştirak edə bilərlər.

Təqaüd proqramı ilə bağlı ətraflı məlumatı (tələb olunan sənədlər, iştirak şərtləri və s.) aşağıdakı link vasitəsilə əldə etmək mümkündür.

Proqramla bağlı əlavə suallar yaranarsa, Koreya Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamaq olar: Email: [email protected].

Chosen
8
4
sia.az

5Sources