EN

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

Xəbər verdiyimiz kimi, Mərkəzi Banka yeni baş direktorlar təyin edilib. Onlardan biri də Anar Mansurovdur.

 

O, 1986-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr, 2011-ci ildə həmin universiteti, 2022-ci ildə isə “Warwick” Universitetini “Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə magistr dərəcələrilə bitirib.

 

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlayıb, 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləyib.

 

2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

 

unikal.az saytının məlumatına görə, yeni baş direktor Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.

 

Redaktor.az

Tarix: 6 Fevral 2025, 11:38   
Chosen
22
5
pravda.az

6Sources