Rusiyada ölkədən deportasiya edilməli olan miqrantlar üçün xüsusi reyestr fəaliyyətə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram -da məlumat verib.
O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinad edərək, Rusiyada təxminən 670 min qanunsuz miqrantın yaşadığını bildirib. Parlamentin aşağı palatası sədrinin sözlərinə görə, bundan sonra onlar hüquq-mühafizə orqanlarına xəbərdarlıq etmədən bank hesabı aça, daşınar və daşınmaz əmlak ala və ya sata, nəqliyyat vasitələrini idarə edə və sürücülük vəsiqələri ala bilməyəcək, ailə qura, yaşayış yerini dəyişə bilməyəcəklər.