EN

“Onlara düşmən kimi baxa bilmirəm” - Lalə

“Musiqiçi doğulmalıdır. Bu günləri Azərbaycan musiqisində baş verən o dediyimiz dalğalar (bayağı mahnıları nəzərdə tutur – red.) hər dövrdə olub. Əvvəllər o cür mahnıların önə çıxmasında indiki kimi imkanlar yox idi. İnsanın ürəyi ağrayır ki, o cür bayağı mahnılar oxuyan ifaçıların yanında ağıllı insanlar yoxdur. Görün nə vəziyyətdir ki, onlar haradasa olanda deyirlər ki, yox siz oxuya bilirsiniz. Qalıram təəccüb içində ki, mənim işimin, sənətimin adı nədir? Oxumaq deyil idi? Bəs oxuya bilməyən burada nə edir?”

OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “İncə səhər” verilişində deyib.

Sənətçi bildirib ki, bayağı mahnılar ifa edən həmkarlarını düşmən saymır: 

“Ümumiyyətlə, şikayət etməyi çox da sevən insan deyiləm. Onlar da bizim millətin övladlarıdır. Onlara düşmən kimi baxa bilmərəm. Sadəcə onların ətrafında yaxşı və ağıllı insanlar yoxdur. Onların istəkləri olmalıdır. Deyirlər ki, niyyətin hara, mənzilin də ora. Nəyi düşünürsənsə, orada gedəcəksən. Onların niyyətlərinin gözəl olması vacibdir. Çünki səs hamıda var. Sadəcə onu formalaşdırmaq üçün zəhmət çəkmək lazımdır. Zövq fəlsəfədə ayrı bir bölümdür. Zövq ayrıca bir kitabdır. O zövq insanda nə zaman formalaşır – oxuduqları, gəzdikləri, gördükləri ilə… Bir halda əgər sən oxuya bilmirsənsə, sən bu sənətdə heç cür ola bilməzsən”.

Chosen
4
1
olay.az

2Sources