EN

ABŞ bəyanat yaydı, Rusiya alqışladı: Putin də dəstəkləyir

ABŞ dövlət katibi Marko Rubio bu yaxınlarda verdiyi müsahibədə Soyuq Müharibədən sonra yaranan birqütblü dünya nizamının anomaliya olduğunu və dünyanın indi çoxqütblü nizama doğru getdiyini bildirib.

Publika.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rubionun açıqlamalarından məmnun olduğunu deyib.

“Bu, prezident Putinin anlayışına uyğun bəyanatdır. Biz bu cür bəyanatları dəstəkləyirik”, - Peskov bildirib.

Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin nüvə silahlarının Ukraynaya çatdırılması ilə bağlı açıqlamasına da toxunub:

“Bu cür bəyanatlar olduqca gülməlidir. Ümid edirik ki, Avropa İttifaqı belə bəyanatların yarada biləcəyi potensial təhlükəni görür”.

Chosen
13
publika.az

1Sources