Bakı. Trend:
Ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan BankRespublika və respublikamızın qabaqcıl ali təhsil ocaqlarından biriolan Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq barədəmemorandum imzalanıb.
Memorandum “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyelİsmayılov və BANM-in rektoru Elmar Qasımov tərəfindən imzalanıb.İmzalama mərasimində hər iki qurumdan nümayəndələr, eləcə də təhsilocağının tələbələri iştirak ediblər.
Bu əməkdaşlıq hər iki tərəfə yeni imkanlar yaradacaq. BankRespublika üçün bu, gənc, yaradıcı və potensiallı mütəxəssislərləbirbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını erkənmərhələdə dəyərləndirmək imkanıdır. Digər tərəfdən, Bakı Ali NeftMəktəbinin tələbələri real iş mühiti ilə tanış olmaq, praktikibilik və təcrübə qazanmaq, bank sahəsindəki yenilikləri birbaşaöyrənmək şansı əldə edəcəklər.
Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrinhəyata keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkilolunması, Bank Respublika-nın mütəxəssisləri tərəfindən təlim vəseminarların keçirilməsi, eləcə də gənc mütəxəssislərin peşəkarinkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Müəllim və tələbə heyəti qarşısında çıxış edən BankRespublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeydedib: “Biz təhsilin inkişafını və gənclərindəstəklənməsini strateji prioritetlərimizdən biri hesab edirik.Bakı Ali Neft Məktəbi, təhsil sahəsində yenilikçi yanaşmaları, elmitədqiqatlara verdiyi dəstək ilə tanınır. Bu məktəb, gənc ixtisassahiblərinin beynəlxalq standartlara uyğun şəkildə hazırlanmasında,onlara analitik düşüncə bacarıqları, liderlik qabiliyyətləriaşılamaqda əvəzsiz rol oynayır. Biz bu əməkdaşlığı sadəcə birmemorandum kimi yox, uzunmüddətli və perspektivli bir tərəfdaşlıqkimi qiymətləndiririk. Biz inanırıq ki, bu cür təşəbbüslərgənclərin peşəkar bacarıqlarının inkişafına dəyərli töhfə verəcəkvə onların gələcəyin uğurlu liderləri kimi formalaşmasına şəraityaradacaqdır.”
BANM-in rektoru Elmar Qasımov da öz növbəsindəbildirib: “Bank Respublika kimi aparıcı və nüfuzlumaliyyə qurumu ilə əməkdaşlıq tələbələrimiz üçün unikal imkanlaryaradacaq. Bankın sosial məsuliyyət layihələrinə verdiyi önəm,xüsusilə təhsilin dəstəklənməsi istiqamətində atdığı addımlartəqdirəlayiqdir. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrimizəyalnız nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək deyil,həm də Bank Respublika kimi dinamik və peşəkar mühitdə çalışaraqgələcək karyeralarına güclü bir əsas yaradacaq. Bu, həm dətələbələrimizə real iş proseslərini yaxından müşahidə etmək vəözlərini inkişaf etdirmək üçün geniş imkanlar açacaq.”
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.