"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ləğvi Ermənistan, erməni diasporuna, dünya erməniçiliyinə böyük zərbədir. USAİD yalnız dünya ölkələrində, müxtəlif regionlarda xaos yaratmaq, ölkələri bir-birinə qarşı qoymaq məqsədi güdürdü".
Bunu hafta.az-a açıqlamasında deputat Tural Gəncəliyev bildirib. Deputatın sözlərinə görə, təsadüfi deyil ki, bu qurum sorosçu dairələrlə çox sıx əməkdaşlıq edirdi:
"USAİD Ermənistanı Azərbaycana qarşı silahlandırmaq, revanşizmə sövq etmək siyasəti aparırdı. Bu siyasəti, bu silahlandırmanı, yardımı gizlədərək, aldadıcı adlarla - demokratik cəmiyyətin qurulması, humanitar yardım adı altında Ermənistanı Azərbaycana qarşı əslində revanşizmə, silahlı müharibəyə sürükləyirdi".
T.Gəncəliyevin sözlərinə görə, USAİD-in aqibətini Fransa rejimi də təkrarlayacaq.