EN

Erməni diasporu təxribata hazırlaşır

USAİD-in fəaliyyətini məhdudlaşdırıması, habelə dövlət katibi Mark Rubionun onun başına keçirilməsi erməni diasporunun ürəyincə olub. Tribunainfo.az xəbər verir ki, “Ermənistan davası” təşkilatının Vaşinqtondakı ofisinin mətbuat katibi Yeqhisabet Çuljiyan bu barədə açıqlamasında sevincini gizlətməyib.
Xüsusən də o, Azərbaycana maliyyə yardımının dayandırılacağından xoşnud olub. Çuljiyan deyib ki, ABŞ prezidentinin xarici yardımın dondurulması ilə bağlı fərmanını Azərbaycana münasibətdə çox müsbət qiymətləndirirlər. “Belə ki, həmin ölkənin hökuməti həmişə ABŞ yardımından öz iradəsinin əksinə istifadə edib”.
Erməni diasporunun rəsmisi qeyd edib ki, Azərbaycana yardıma yenidən baxılacağına sevinsələr də, bəzi məsələlərdən əmin deyillər. “Lakin əmin olmaq istərdik ki, bu, həm də Azərbaycana hərbi yardımın dayandırılmasına səbəb olacaq”.
Çuljiyan onu da bildirib ki, Amerikadakı erməni diasporu Azərbaycana qarşı sanksiyaların tətbiqi istiqamətində də iş görürlər. “Biz həmçinin Qarabağda həyata keçirilən soyqırım hərəkətlərinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqi üzərində işləyirik. Lakin bunun nəticələrinin olub olmayacağı barədə indidən nəsə demək mümkün deyil. Tramp hələ yeni dövlət başına keçib”.
P.S. Əvvəla Azərbaycan USİAD-ın fəaliyyətini qadağan edib. Digər tərəfdən, Trampın xarici yardımlar məsələsinə yenidən baxması, bizim üçün heç nəyi dəyişmir. Onların indiyə qədər Ermənistanla müqayisədə Azərbaycana daha az yardımlar etməsi də heç nəyi dəyişməyib

Chosen
11
tribunainfo.az

1Sources