EN

ABŞ qalmaqallı agentliyin bağlanmasına qarşı çıxıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş rəhbərləri agentliyin bağlanmasına qarşı çıxış ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Biz inanırıq ki, USAİD və ABŞ-ın xarici yardım proqramları dövlətimizin maraqları üçün həyati əhəmiyyət kəsb edir və agentliyin əməkdaşları hər birimizə yaxşı xidmət göstəriblər”, – Respublikaçılar və Demokratlar partiyalarından olan beş keçmiş agentlik rəhbəri deyib.

Onlar həmçinin ABŞ Konqresini “agentliyin qanuni rolunu təcili şəkildə qorumağa” çağırıblar. Onların fikrincə, “USAID-i zəiflətmək və ya məhv etmək cəhdləri heç bir tərəfə fayda verməyəcək və bütün amerikalılara zərər verəcək”.

Əvvəllər məlum olub ki, Ukrayna 2022-ci ildən başlayaraq vəsaitin 27,2 faizini alaraq USAİD-in ən böyük benefisiarı olub. Cəmi üç il ərzində agentlik Kiyevə 32,4 milyard dollar ayırıb.

Chosen
10
nocomment.az

1Sources