EN

Aynur plastik əməliyyat etdirəcək

Bir müddət əvvəl “rinoplastika” əməliyyatı ilə burnunu kiçildərək estetik hala gətirən müğənni Aynur Dadaşova yenidən bıçaq altına uzanacaq.

OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər” verilişinə müsahibəsində deyib.

A.Dadaşova bildirib ki, əməliyyatla o boğazında yaranmış xətləri aradan qaldıracaq: 

“İstəyirdim ki, üzümdə plastik və estetik əməliyyat etdirim. Bununla əlaqədar plastik cərraha müraciət etdim. O mənə söylədi ki, hələ buna ehtiyac yoxdur. Boğazımda xətlər var. Bu irsidir. Bu xətlər isə efirdən yaxşı görsənmir. Bununla bağlı kosmetoloqa da müraciət etdim. Amma yenə də qorxdum ki, nəsə edərəm və bu orqanizmimə ziyan vurar. Həkim isə dedi ki, hələ tezdir. Gələcəkdə yəgin ki, əməliyyat etdirirəm. Düzdür yaşımız da az deyil. Amma hansısa bir zamanda daha da gözəl olmaq üçün əməliyyat etdirəcəyəm. Əməliyyat etsəm əvvəlcə boğazımda olan xətləri aradan qaldıracağam. Sonra isə başqa əməliyyatlar edəcək”.

Chosen
31
olay.az

1Sources