Rusiya hərbi qüvvələri Xarkov şəhərinin Kiyevski rayonuna hücum edib. Xarkovun ən böyük bazarlarından birinə pilotsuz təyyarə düşüb.
Editor.az bildirir ki, bu barədə şəhər meri İqor Terexov məlumat verib.
Onun sözlərinə görə, pərakəndə satış pavilyonlarında yanğın baş verib. İnternetdə yazırlar ki, söhbət “Barabaşovo” bazarından gedir. Hücumla bağlı məlumatı “Novosti.LIVE”yə şərhində vilayət prokurorluğunun idarə rəisi Dmitri Yatsiçenko da təsdiqləyib. O qeyd edib ki, Rusiya Federasiyası hələ 2022-ci ildə bu bazarı məhv etməyə çalışıb. “Xarkov şəhərinin 2022-ci ildə atəşdən hələ də sağalmamış ən böyük bazarı bir daha zədələnib.. Hazırda qurbanlar barədə məlumat yoxdur” – Yatsiçenko deyib.
//Samir Qurbanov, Editor.az