Qubada polis əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 12 nəfər saxlanılıb.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Əmrah Əmrahov və Bəxtiyar Bağırov saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqramdan artıq marixuana və heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Qubada polis əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 12 nəfər saxlanılıb.