EN

Xalq artistinin evi DAĞILIR - FOTO

Ölkəsində "xarici agent" statusu alan yumorist Maksim Qalkin və həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçovanın Moskva vilayətinin Qryaz kəndindəki qəsri dağılır.

Milli.Az bildirir ki, məşhur ailənin bir vaxtlar dəbdəbəli mülkünün yararsız vəziyyətə düşən kadrlarını "Life" nəşri yayıb.

Qalkin və Puqaçovanın malikanəsi hazırda bərbad vəziyyətdədir. Bir vaxtlar parlaq divarlar solmağa, kərpic örtüyü qırılaraq tökülməyə başlayıb. Damın dəmirdən olan hissələri paslanıb.

Malikanəyə və onun vəziyyətinə nəzarət etmək üçün ora köməkçilər yollanır. Ekspertlərin fikrincə, ulduz cütlük malikanənin saxlanmasına ayda təxminən 500 min rubl (təxminən 8675 manat) xərcləyir. /Olay.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
3
2
milli.az

3Sources