![ABŞ](/uploads/posts/2025-02/qezet.jpg)
ABŞ hökuməti bir sıra Amerika qəzetlərinin maliyyəsini kəsir. Söhbət “Politico”, “The New York Times” və “Associated Press” kimi nəşrlərdən gedir.
Reyting.az xəbər verir ki, bu barədə milyarder İlon Mask “X” sosial şəbəkəsində bildirib.
Mask qeyd edib ki, bütün hallarda söhbət ABŞ dövlət qurumları tərəfindən bu KİV-lərin xidmətlərinə bahalı abunə haqqının ödənilməsindən gedir.
Xatırladaq ki, Maskın sədrlik etdiyi Hökumətin Səmərəliliyinin Təkmilləşdirilməsi üzrə Xüsusi Komitə ABŞ hökumətində “israf xərclərə” qarşı mübarizə aparır.
Onu da qeyd edək ki, bu yaxınlarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasından sonra Ukraynada humanitar və iqtisadi böhran yaranıb. Məlum olub ki, USAID-dən ən çox maliyyə alan Kiyev olub: üç il ərzində 34 milyard avrodan çox. Bundan əlavə, ABŞ Ukrayna mediasını maliyyələşdirib, indi isə redaktorlara, müəlliflərə və jurnalistlərə qonorar ödəməkdə çətinliklər yaranıb.
ELÇİN