“Tesla”nın Avropa satışları ilin ilk ayında kəskin şəkildə azalıb.

İndex.az xəbər verir ki, bir çox insanlar bu enişi İlon Maskın Avropa siyasətinə qarışması və ifrat sağçı partiyaları dəstəkləməsi ilə əlaqələndirirlər. Lakin bu, azalmanın yeganə amili deyil.

“Tesla”nın 2025-ci ilin yanvar ayındaki satış rəqəmlərinə baxdığımızda onun Avropada ümumilikdə 50%-ə yaxın azalma yaşadığını görürük. İspaniyada bu nisbət 75%-ə yüksəldiyi halda, “Tesla” Fransada 63%, Almaniyada 59% azalma yaşayıb.