EN

Yeni sənaye müəssisələrində dərman preparatları, mebel və tikinti materialları istehsalı təşkil ediləcək - AÇIQLAMA

Ötən il ərzində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Bu barədə İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov, Agentliyin 2024-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, rezidentlərdən 14-ü Ağdam Sənaye Parkının, 8-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin və 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Eyni zamanda, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib.

S.Adıgözəlov bildirib ki, ümumilikdə, bu subyektlərin 23-ü işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarına aiddir. Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiya yatırılması və 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır. Qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatları, müxtəlif tikinti materialları və digər məhsullar istehsal olunacaq.

Chosen
13
4
fins.az

8Sources