EN

Rusiyada hərbi dairələrin statusu dəyişdirilib

Rusiya ordusunda hərbi dairələr strateji ərazi birliklərinə çevrilib.

Herbiand.az bildirir ki, bu barədə “İnterfaks” fevralın 5-də Rusiya Federasiyası prezidentinin hüquqi informasiya portalında dərc edilmiş müvafiq fərmanının mətninə istinadən məlumat yayıb.

Sərəncama əsasən, hərbi dairənin birgə strateji komandanlığı hərbi dairə administrasiyasına çevrilib. Əvvəllər hərbi dairə Rusiya Federasiyası Silahlı Qüvvələrinin xidmətlərarası strateji ərazi birliyi idi.

Rusiya Federasiyası Prezidentinin iyun ayında rəsmi olaraq dərc edilmiş müvafiq fərman layihəsindən belə aydın olur ki, dəyişikliklər Rusiya donanmalarının və Xəzər flotiliyasının Hərbi Dəniz Qüvvələrinin Baş Komandanına, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə ordularının isə Silahlı Qüvvələrin Ali Baş Komandanına tabe olması ilə bağlıdır.

2023-cü ilin noyabrında bütün donanmaların (Şimali, Sakit Okean, Qara dəniz və Baltikyanı) və Xəzər flotiliyasının birbaşa Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanına tabe olacağı rəsmən elan edildi. Əvvəllər Qara Dəniz Donanması və Xəzər Donanması Cənub Hərbi Dairəsinin tərkibində idi.

Hazırda Rusiyada beş hərbi dairə var: Moskva, Leninqrad, Cənub, Mərkəzi və Şərq dairələri.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources