EN

Sərxoş halda maşın sürən futbolçunun cəzası açıqlandı: 4 aylıq həbs, 2 illik...

"Korintians"ın hücumçusu Memfis Depay sərxoş hada maşın sürdüyü üçün 4 aylıq şərti cəza alıb.

Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, niderlandlı futbolçu 2024-cü il avqustun 6-da Monakoda səhər saatlarında “Rolls-Royce” idarə edərkən sərxoş halda polis tərəfindən saxlanılıb.

Fevralın 4-də Monako məhkəməsi Depayı 4 aylıq şərti həbs cəzasına məhkum edib. Hücumçu eyni zamanda 9 min avro cərimə də olunub. Ona iki il müddətinə ölkədə avtomobil idarə etmək qadağan edilib.

Chosen
9
publika.az

1Sources