EN

ETN-in 2 il ərzində "görmədiyi" təkliflər - Süni intellekt tezliklə səriştəsiz məmurları əvəz edə bilər...

Çinli startap “RICTOR”, Las-Veqasda keçirilən CES 2025 texnologiya sərgisində “Skyrider X1” adlı uçan motosikletini təqdim edib.

“AzPolitika” xəbər verir ki, böyük marağa səbəb olan yeni nəqliyyat vasitəsi həm quru, həm də hava hərəkətini birləşdirərək istifadəçilərə daha geniş hərəkət azadlığı təklif edir.

“Skyrider X1” 4 oxlu, 8 pərli sistemlə təchiz olunub və karbon lifli kompozit materiallar və aviasiya dərəcəli alüminiumdan hazırlanıb. Bu nəqliyyat növünün maksimum uçuş sürəti saatda 100 km-ə çatır və tam enerji ilə 40 dəqiqəyə qədər havada qala bilir. Avtomatik marşrut planlama funksiyası ilə təchiz olunub, bu da real vaxt rejimində hava şəraiti və ətraf mühit dəyişikliklərinə uyğun olaraq uçuş hündürlüyü, sürəti və istiqamətini tənzimləməyə imkan verir.

Sözügedən modelin başlanğıc qiyməti təxminən 60.000 ABŞ dolları olaraq müəyyən edilib.

Ekspertlrə görə, “Skyrider X1” şəxsi aviasiya sahəsində innovativ bir addım olaraq, gələcəkdə şəhər nəqliyyatında yeni imkanlar açma potensialına malikdir. Bəzi mənbələrdə bu nəqliyyat vasitəsinin 2026-cı ildə satışa təqdim ediləcəyi qeyd olunur.

“AzPolitika.info”

Chosen
11
azpolitika.info

1Sources