EN

Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik olub » AzadMedia.az


Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub. Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib. Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.

Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.
Bununla Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.
Chosen
85
12
azadmedia.az

10Sources