EN

Lənkəranda bir sıra kəndləri su basıb

Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.

FHN-in Cənub Regional Mərkəzinin qüvvələri vətəndaşların su basmış yerlərdən təxliyəsi üzrə tədbirlər görür. Eyni zamanda, suyun çəkilərək 

kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.

Chosen
21
turan.az

1Sources