EN

Telefonda oyun oynayan kişi əsəbdən arvadını yandırdı

İndoneziyada arvad kişiyə video oyunları oynamağı dayandırıb işə getməyi dedikdən sonra onu yandırıb.   Manset.az xəbər verir ki, bu barədə World of Buzz yazır. Yerli polis 31 yaşlı kişinin həyat yoldaşına hücum etdiyini təsdiqləyib. Münaqişə qadının ərindən onlayn mobil oyunları dayandırmasını və taksi sürücüsü kimi işə qayıtmasını istəməsindən sonra başlayıb. Polis əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs qəzəbinə hakim ola bilməyib, kerosin götürüb və arvadının üzərinə tökərək yandırıb. Nəticədə bədəninin 40%-i yanıq xəsarətləri alan qadın hazırda ifadə verə bilmir, lakin həkimlərin ciddi nəzarəti altında saxlanılır.

Polis indoneziyalını saxlayıb və üç şahidi dindirib. İstintaq zamanı artıq dörd dəlil toplanıb. Zərərçəkənin ailəsi hüquq-mühafizə orqanlarına tam etibar, və günahkarın layiqli cəzasını alacağına ümid etdiklərini bildirib.

Chosen
26
2
manset.az

3Sources